Simsar.az | bizi özünüzə Simsar bilin
Soyğunçu saxlanıldı

DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini S.Əliyeva aprelin 20-də Pirşağı qəsəbəsi ərazisində naməlum şəxsin ona qarşı zor tətbiq edərək qulağındakı qızıl sırğaları çıxardığını və içərisində şəxsiyyət vəsiqəsi, diplom, maaş kartı və 2 ədəd mobil telefon olan çantanı aldığını bildirib. DİN Mətbuat Xidmətindən Simsar.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal

Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılaraq keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov qısa müddətdə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

22 Aprel, 2019  11:52 Baxılıb: 619

Bu bölmədə