Yeni doğulan körpə öldü - İMİŞLİDƏ
İmişli rayonunda yeni doğulmuş körpə ölüb. Hadisə aprelin 20-də baş verib. Şəhər sakini Mürsəlov Mirəziz Mirağa oğlu İmişli Rayon Polis Şöbəsinə məlumat verərək bildirib ki, həmin gün yeni doğulmuş nəvəsi ölüb. Şikayətçi iddia edib ki, yeni doğulan körpə həkim səhlənkarlığından dünyasını dəyişib. Faktla bağlı aparılan araşdırma zamanı məlum olub ki, İmişli şəhəri, S.Əsədov küçəsi 35 ünvanında yaşayan Mürsəlova Nurdan Telman qızı aprelin 20-də qeysəriyyə əməliyyatı olunub, doğulmuş qız övladının vəziyyəti ağırlaşdığından körpə Sabirabad Perinatal Mərkəzə göndərilsə də, orada ölüb. Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
22 Aprel, 2019 11:31 ⁄ Baxılıb: 742
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |