Deyirlər qar yağacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Abşeron yarımadasında gecə 4-6° isti, gündüz 9-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı da fasilə olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-6° isti təşkil edəcək.
20 Aprel, 2019 15:08 ⁄ Baxılıb: 755
Bu bölmədə24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO |