Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycana qar yağdı

Bu gün ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi proqnozlaşdırılıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağış gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında 8-12, Bakıda 9-11 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında da şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti proqnozlaşdırlır.

20 Aprel, 2019  11:41 Baxılıb: 790

Bu bölmədə