Simsar.az | bizi özünüzə Simsar bilin
Avropa Birliyindən qonaq gəlir

“Nabucco” layihəsi müzakirə olunacaq

Avropa Birliyinin enerji üzrə komissarı Günter Ottinger Azərbaycana gəlib.

APA-nın xəbərinə görə, səfərdə məqsəd iyunun 7-10-da Bakıda keçiriləcək neft-qaz konfransında iştirak etməkdir.

Səfər çərçivəsində qonaq Azərbaycanın rəsmi şəxsləri ilə ikitərəfli görüşlər də keçirəcək. Görüşlərdə enerji sahəsində əməkdaşlıq və “Nabucco” layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunacaq.

Səfər iyunun 8-də başa çatacaq.

6 İyun, 2011  16:52 Baxılıb: 1638

Bu bölmədə