Simsar.az | bizi özünüzə Simsar bilin
NATO vertolyotu qəzaya uğradı

2 ölü

Əfqanıstanın Host əyalətində NATO-nun vertolyotu yerə çırpılıb, 2 hərbçi həyatını itirib. 

Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, olay Əfqanıstanın Pakistanla sərhədi yaxınlığında baş verib. 

Burda Taliban Hərəkatına silah və sursat daşınan əsas marşrutlar keçir. NATO təmsilçisi Tim Ceyms vertolyotun qəzaya uğradığını bildirsə də, Taliban təmsilçisi Zabihulla Mucahid “Reuters”ə açıqlamasında vertolyotun qumbaraatanla vurulduğunu bəyan edib.

6 İyun, 2011  16:29 Baxılıb: 972

Bu bölmədə