Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanlı rəqqas Moskvada qalib olub

Moskva Dövlət Mədəniyyət İnstitutunun (MDMİ) tələbəsi Fərid Kazakov Moskvada keçirilən “Kreml ulduzları” müsabiqə-festivalının “Xoreoqrafiya” nominasiyası üzrə qran-pri mükafatına layiq görülüb. Müsabiqə-festivalında məşhur fransız bəstəkarı Leo Ferrenin musiqisi əsasında hazırlanmış “Zamanla hər şey keçir” rəqsilə çıxış edib.

Fərid Kazakov Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. Hazırda Rusiya dövlət təqaüdü çərçivəsində MDMİ-də təhsil alır. F.Kazakov həmçinin Moskvadakı Beynəlxalq gimnastika, akrobatika və “SanSara” Rəqsi Akademiyasının baş məşqçisi, eləcə də “Zabradance” Bakı gimnastika və rəqs məktəbinin müəllimidir.(ona)

17 Aprel, 2019  17:06 Baxılıb: 1149

Bu bölmədə