Simsar.az | bizi özünüzə Simsar bilin
Mənzildə halsız vəziyyətdə tapıldı

Gəncə sakini mənzilində halsız vəziyyətdə tapılıb. Simsar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

16 Aprel, 2019  16:04 Baxılıb: 723

Bu bölmədə