Simsar.az | bizi özünüzə Simsar bilin
Ağdamda qadın 10 aylıq qızını boğaraq öldürüb

Ağdamda ana qızını qətlə yetirib. Rayonun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb. Hadisənin təfərruatları araşdırılır.

16 Aprel, 2019  12:18 Baxılıb: 681

Bu bölmədə