Simsar.az | bizi özünüzə Simsar bilin
İTV-nin Yayım Şurasına yeni üzvlərin seçilməsi təklif edilir - ADLAR

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi təklif edilir. Bununla bağlı məsələ Milli Məclisin aprelin 23-də keçiriləcək növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Yayım Şurasına idman federasiyaları tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı və Azərbaycan Qalaqapı Federasiyasının vitse-prezidenti Orxan Muxtarovun, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayevin, yaradıcılıq təşkilatları tərəfindən isə Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarovanın və Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi Cəmilə Həsənovanın namizədliyi irəli sürülüb.(trend)

16 Aprel, 2019  11:49 Baxılıb: 713

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası