Simsar.az | bizi özünüzə Simsar bilin
Tramp Rəcəb Tayyib Ərdoğanın kürəkəni ilə görüşüb - AĞ EVDƏ

ABŞ Prezidenti Donald Tramp Ağ evdə Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakı qəbul edib. Bu barədə Türkiyə KİV xəbər verib. Görüşdə Suriyadakı vəziyyət, Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksi də daxil olmaqla ikitərəfli münasibətlərə dair bir sıra mövzular, o cümlədən iki ölkə arasında ticarət dövriyyəsinin 75 milyard dollara çatdırılması məsələsi müzakirə olunub. Nazir rəsmi Ankaranın Rusiyadan aldığı “S-400”ə dair müzakirənin müsbət keçdiyini vurğulayıb.

“Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan- red.) bəzi ismarıcları var idi, onları ABŞ Prezidentinə çatdırdıq”, -  B.Albayrak vurğulayıb.

O deyib ki, yaxın zamanlarda D.Tramp ilə R.T.Ərdoğan arasında görüş keçirilə bilər. Qeyd edək ki, B.Albayrak Beynəlxalq Valyuta Fondu - Dünya Bankı və “Böyük-20”-nin (G-20) toplantılarına qatılmaq üçün ABŞ-da səfərdə olub. D.Trampla görüş bu toplantılar çərçivəsində keçirilib.  Xatırladaq ki, B.Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.(report)

16 Aprel, 2019  11:00 Baxılıb: 886

Bu bölmədə