Taksidə siqaret çəkənləri polis cərimələyəcək - FƏRMAN
Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərman taksidə siqaret çəkənlərin hansı dövlət qurumu tərəfindən cərimələnməsini müəyyən edir. Fərmana əsasən, taksi minik avtomobilində tütün çəkənləri Daxili İşlər Nazirliyinin əməkdaşları cərimələyəcək. Qeyd edək ki, bu cərimənin məbləği 40 manatdan 50 manatadəkdir.
15 Aprel, 2019 18:31 ⁄ Baxılıb: 736
Bu bölmədə20 Mart, 2024 İş adamı Seymur İsayevdən bayram təbriki16 Mart, 2024 Sabahın havası5 Mart, 2024 Xalqxeber.Az xəbər portalı 12 yaşında |