Simsar.az | bizi özünüzə Simsar bilin
Problemli kreditlərə görə təzminat alacaq şəxslərin SİYAHISI açıqlanacaq

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısını rəsmi saytda (pk.fimsa.az) açıqlayacaq. Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. İqtisadçı deputatın sözlərinə görə, təzminat alacaq vətəndaşların sayının 400-600 min arası olduğu təxmin edilir: “Dəqiq say siyahı açıqlananda biləcəyik”.

V.Əhmədov qeyd edib ki, problemli kreditlərlə bağlı Prezidentin verdiyi fərmanın vaxtında yerinə yetiriləsi üçün ciddi iş gedir. Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş borclarına güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub.

 

15 Aprel, 2019  12:22 Baxılıb: 1057

Bu bölmədə