Bu şəxs axtarılır: itkin düşüb
28 yaşlı Qusar sakini itkin düşüb.DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Simsar.az -a verilən xəbərə görə, Qusar rayonunun İmamqulukənd kənd sakini, 28 yaşlı Vilyeddin Əlixlalov 2019-cu ilin mart ayının 2-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Vilyeddin Əlixlalov əlamətləri belədir: Boyu 175 sm., qara saçlı, orta bədən quruluşludur. Evdən çıxan zaman əynində qara rəngli gödəkcə, göy rəngli cins şalvar, qara rəngli papaq və qara rəngli ayaqqabı olub. Vilyeddin Əlixlalov ruhi xəstəlikdən əziyyət çəkir və nitqində qüsur var. Həmin şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
15 Aprel, 2019 10:59 ⁄ Baxılıb: 634
Bu bölmədə24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO |