Simsar.az | bizi özünüzə Simsar bilin
Həmsədrlər regionda

İyunun 7-də monitorinq keçiriləcək

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popovun (Rusiya) regiona səfəri başlayıb.

Simsar.az-ın məlumatına görə, hər üç həmsədr artıq Bakıdadır. Onlar bu gün Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaqlar. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə Azərbaycan, Ermənistan, Rusiya xarici işlər nazirləri və prezidentlərinin görüşünə hazırlıq məsələləri müzakirə olunacaq.

Həmsədrlər Bakıdan İrəvana yollanacaqlar. Onların Xankəndinə də səfərləri planlaşdırılır. Vasitəçilər sabah cəbhə xəttində keçiriləcək monitorinqi müşahidə edib, qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçəcəklər.

Həmsədrlər   iyunun 7-də Azərbaycan Respublikasının Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, ofis əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Marius Puodziunas, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçirəcəklər.


Monitorinq zamanı ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təmas xəttinin qarşı tərəfinə keçmələri planlaşdırılır.

 

6 İyun, 2011  15:28 Baxılıb: 1264

Bu bölmədə