Simsar.az | bizi özünüzə Simsar bilin
Jurnalist Süleyman Osmanoğlu vəfat etdi

O, Əhmədli kəndində dəfn edilib

Dünən tanınmış jurnalist, “Proqnoz” qəzetinin baş redaktoru Süleyman Osmanoğlu Bakıda vəfat edib. Simsar.az-ın məlumatına görə, jurnalist ürək xəstəliyindən əziyyət çəkirdi.

1952-ci il iyul ayının 10-da Qazax rayonunun Kəmərli kəndində anadan olan Süleyman Osmanoğlu mətbuatla əməkdaşlığa orta məktəb illərində başlayıb. “Azərbaycan gəncləri”, “Bakı” qəzetlərində yazıları dərc olunub. Jurnalist fəaliyyəti boyunca dövlət radiosunda, “Azadlıq”, “Ekspress”, “Günaydın” qəzetlərində çalışıb, “Müxalifət” qəzetinin baş redaktoru olub. 2005-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Süleyman Osmanoğlu iyunun 5-də Bakının Əhmədli kəndində dəfn edilib. Dəfn mərasimində jurnalistlər, ictimaiyyət nümayəndələri, siyasətçilər iştirak edib.

Allah rəhmət eləsin!

6 İyun, 2011  13:23 Baxılıb: 1289

Bu bölmədə