Simsar.az | bizi özünüzə Simsar bilin
Yəmən prezidenti müalicə almaq üçün Səudiyyə Ərəbistandadır

Əli Abdulla Saleh Səudiyyə Ərəbistana müalicə almağa gəlib

Yəmənin paytaxtı Sənada iyunun 4-də baş vermiş atışma zamanı yaralanan prezident Əli Abdulla Saleh Səudiyyə Ərəbistana müalicə almağa gəlib çatıb.
APA-nın verdiyi xəbərə görə,Yəmən hökumətində mənbə Reyter agentliyinə bildirib ki, prezident Salehin təyyarəsi Səudiyyə Ərəbistanda hava limanına enib. Yəmən prezidenti ilə yanaşı digər yaralılar: - ölkənin baş naziri, hökumətə daxil olan yüksək rütbəli 4 məmur və parlamentin deputatı da Səudiyyə Ərəbistanına gəliblər.
Yəməndə prezident və ordunun baş komandanı vəzifəsinin icra olunması vitse-prezident Əbdirəbbi Mənsur Hadiyə həvalə olunub.

6 İyun, 2011  01:11 Baxılıb: 1052

Bu bölmədə