Umayra Tağıyeva sinoptiklərə ciddi yanaşmağa çağırır
Dünya ictimaiyyətinin qəbul etdiyi termin - “iqlim dəyişikliyi” özünü getdikcə daha müntəzəm və açıq şəkildə büruzə verir.Bunu Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva son zamanlar müxtəlif ölkələrdə, o cümlədən, qonşu İranda müntəzəm hal alan daşqınlarla bağlı şərhində bildirib. “Hər gün qəfil peyda olan yanğınlar, daşqınlar, sellər, qasırğalar barədə məlumatlar daxil olur. Sinoptiklərin proqnozlarına ciddi şəkildə yanaşmaq lazımdır. Fərqi yoxdur, istər ABŞ-ın olsun, istər Rusiyanın, istərsə də yerli sinoptiklər. Xatırlatmaq istərdim ki, hazırda bahar selləri mövsümüdür. Ölkə çaylarında suyun səviyyəsinin qalxması və sellər müşahidə oluna bilər. Hamı buna hazır olmalıdır”, - deyə U.Tağıyeva bildirib.(oxu)
9 Aprel, 2019 11:59 ⁄ Baxılıb: 635
Bu bölmədə19 Aprel, 2023 Bakıda bütün köhnə binalar söküləcək6 Sentyabr, 2022 Ağsuda iki qadın itkin düşüb - Fotolar29 İyun, 2022 İlham Əliyev Türkmənistanda səfərdədir27 May, 2022 İlham Əliyev: “Heç kim gəlib bizə dərs oxumasın”12 Aprel, 2022 Şəhid Əlihüseynin anasına vəzifə verildi |