Simsar.az | bizi özünüzə Simsar bilin
Bu yolda xətlənmə işləri aparılır

Bakı şəhəri, Suraxanı rayonu Əhməd Mehbalıyev küçəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılır. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Simsar.az -a verilən məlumata görə, işlər Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılır.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

5 Aprel, 2019  13:45 Baxılıb: 583

Bu bölmədə