Simsar.az | bizi özünüzə Simsar bilin
“Nabucco” konsorsiumunun prezidenti iyunun 9-da Bakıya gələcək

İyun ayının 9-da “Nabucco Gas Pipeline International GmbH.” şirkətinin prezidenti Reynhard Mitçek Azərbaycana səfər edəcək.

”İyunun 8-də Kayseridə (Türkiyə) “Nabucco” layihəsi üzrə Layihəyə Dəstək Sazişlərinin rəsmi imzalanma mərasimində iştirak edəcək R.Mitçek iyunun 9-da Azərbaycana səfər edəcək. Bir günlük səfərin məqsədi Bakıda keçiriləcək Xəzər Neft-Qaz Sərgi-Konfransında iştirak etməkdir. Reynhard Mitçek həmin konfransda çıxış edəcək” - deyə, “Nabucco Gas Pipeline International GmbH.” şirkətindən bildirilib.

Qeyd edək ki, Kayseridə keçiriləcək imzalanma mərasimində “Nabucco” konsorsiumunun üzvü olan şirkətlər (OMV, MOL, “Transgaz”, “Bulgarian Energy Holding”, “Botaş” və RWE) və 5 tranzit ölkənin (Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə) aidiyyəti nazirlikləri tərəfindən imzalanacaq.

5 İyun, 2011  03:42 Baxılıb: 1130

Bu bölmədə