Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev İsveç Kralını təbrik etdi

Prezident İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əlahəzrət, Milli bayramınız – İsveç bayrağı günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-İsveç münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İsveç xalqına əmin-amanlıq və rifah diləyirəm".

4 İyun, 2011  22:34 Baxılıb: 1113

Bu bölmədə