Simsar.az | bizi özünüzə Simsar bilin
“Eurovision 2012” üçün Xəzər qoynunda bina layihəsi

Almaniya firması Bakıda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi üçün bina modeli təklif edib

“Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üçün Bakıda qısa müddətdə müvafiq bina tikilməlidir. Simsar.az-ın “vesti.az”a istinadən verdiyi məlumata görə, Almaniyanın dizayn firmalarından biri qısa müddətdə tikintisi mümkün olan bina modeli təklif edib. 

Bütünlüklə şüşədən ibarət olan binanın Xəzər dənizində tikilməsi düşünülüb. Tamaşaçılar səhnə ətrafında yerləşməli, teletranslyasiya isə 360 dərəcə formatda aparılmalıdır.

Hələ ki, Azərbaycan hökumətinin bu təklifə reaksiyası məlum deyil.

4 İyun, 2011  21:28 Baxılıb: 1764

Bu bölmədə