Simsar.az | bizi özünüzə Simsar bilin
Türk-erməni dostluğu abidəsinin yerində əcaib heykəl

Pendir abidəsinin hündürlüyü 1,5, eni isə 2,1 metr olacaq

Türkiyənin Qars şəhərində söküntüsü davam edən türk-erməni dostluğunun simvolu sayılan “İnsanlıq abidəsi”nin yerində başqa bir abidə qurulması planlaşdırılır.

APA-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, “İnsanlıq abidəsi”nin yerində kaşar (yağlı pendir) və bal heykəli qoyulacaq. Qars bələdiyyəsinin başqanı Nevzat Bozkuş kaşar və bala qoyulacaq heykəllərin ərazinin tanıdılmasına xidmət edəcəyini bildirib.
Dördqatlı beton üzərində olacaq pendir abidəsinin hündürlüyü 1,5, eni isə 2,1 metr olacaq. Balın heykəli isə daha böyük olacaq: hündürlüyü 3,3, eni isə 1 metr.

4 İyun, 2011  19:54 Baxılıb: 1248

Bu bölmədə