Simsar.az | bizi özünüzə Simsar bilin
"SİMSAR"-IN HİT LİDERİNİN ADI MƏLUM OLDU

Röyanın “Sənə görə” mahnısı bu həftə də liderdir 

“HİT-SİMSAR” layihəsində bu həftənin lideri Röyanın 732 səs toplayan “Sənə görə” mahnısıdır. Tamaşaçıların səsverməsinə əsasən ikinci yeri 531 səslə Aygün Kazımova və Miri Yusifin “Petrol” mahnısı, üçüncü yeri isə 510 səslə Teymur Əmrahın “Sən görən əvvəlki cavan deyiləm” mahnısı qazanıb. 10 mahnı arasında dördüncü yerdə Zamiqin “Sən necə də gözəlsən” (109 səs), beşinci yerdə isə faiq Ağayevin “Bal kimi” (106 səs) mahnılarıdır. 

Layihənin şərtlərinə görə, liderdən sonrakı dördlük həftənin növbəti cümə gününədək bir daha müsabiqəyə qatılmaq şansı qazanır. Sonrakı 5 mahnı isə Xəyyam Nisanovun “İstanbul”, Emil Bədəlov “Sevgim”, Züfliyyə Xanbabayevanın “Sənsiz”, Eltonun “Hər şey bitdi”, “Şeron” qrupunun “Dəyməz” mahnısı ilə əvəzlənir.

Layihənin məqsədi dinləyicilərin zövqünü öyrənməkdir.

Simsar.az

4 İyun, 2011  19:08 Baxılıb: 1998

Bu bölmədə