Martın 21-dən temperatur yüksələcək
Martın 21-dən başlayaraq ölkə ərazisində havanın temperaturu yüksələcək. Simsar.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, sabah axşamdan Bakıda və Abşeron yarımadasında küləyin sürəti səngiyəcək. Havanın temperaturu 9 dərəcəyə yaxın olacaq. Martın 20-də bəzi rayonlarda, o cümlədən Bakıda və Abşeron yarımadasında yağışlı havanın müşahidə ediləcəyi gözlənilir. U.Tağıyeva əlavə edib ki, martın 21-də respublikanın əksər rayonlarında mülayim yaz havası müşahidə ediləcək: "Hava yağmursuz keçəcək. Havanın temperaturu əvvəlki günə nisbətən artacaq. Günorta saatlarında Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 12-14 dərəcə olacaq".
18 Mart, 2019 17:37 ⁄ Baxılıb: 996
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |