Simsar.az | bizi özünüzə Simsar bilin
“Sevginin dili yoxdur” - tanınmış şairlərlə kar və lal oxucuların görüşü

Dünən Yazıçılar Birliyinin Natavan Klubunda Azərbaycanda ilk dəfə eşitmə mehdudiyyətli oxucularla tanınmış şairlərin “Sevginin dili yoxdur” adlı görüşü olub. Deaf Community ve “Ümid var” Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə tanınmış şairlər Ramiz Rövşən, Vahid Əziz,  Baba Vəziroğlu iştirak ediblər. Azərbaycan dövlet himninin jest dilinde təqdimatı ilə başlanan tədbirə Karlar Cəmiyyətinin üzvləri ilə yanaşı xüsusi təhsil məktəblərinin eşitmə məhdudiyyətli şagirdləri də qatılıb. Tədbir boyu dəyərli şairlərimizin şerləri peşəker komanda tərəfindən jest dilinə tərcümə olunub. Görüşdə eşitmə məhdudiyyətli oxucuları ilə tamami ilə fərqli, əllərin dili ilə ünsiyyət quran şairler severek öz şerlərini səsləndiriblər və onları maraqlandıran suallara cavab veriblər.

Belə bir tədbirin olmasını yüksək qiymətləndirən  Ramiz Rövşən onlarla görüşe böyük bir sevgi ilə geldiyini bildirdi: “Onlara məhdudiyyətlilər deyilməsini qəbul edə bilmiəm. İnsanların yalnız düşüncələri məhdudiyyətli ola bilər. Baxmaq həle görmək deyil, eşitmək hələ anlamaq deyil. O qədər eşidən və danışan insanlar var ki, danışmaqları günah,eşitməkləri hec bir məna kəsb etmir. Siz Allahın sevimli bəndələrisiniz”.

Bu görüşdən çox təsirlənən Baba Vəziroğlu bu aləmin sirli sehirli bir aləm olduğunu dedi:“Bu gün burdan saflaşıb gedirik. Şeirlərimizin jest dilində söylənməsi çox maraqlı və təsirli idi. Biz hər zaman belə görüşlərə hazırıq və sizin yanınızdayıq”. Vahid Əziz isə əllərin diliylə şeirlərinin təqdimatını çox bəyəndiyini bildirdi: “Cox şadam ki, bu gün onlarla belə bir görüşdəyəm. Şeirlərimi jest dilində çox sevdim. Allah sizi müeyyən mənada məhdudiyyetli yaradıb, amma düşünürəm siz bizim hamımızdan üstünsünüz.Siz cox həssas insanlarsınız, sizin sevginiz də daha gözəldi”.

Görüşdə çıxış edən təşkilatçılar Nazilə Meherremova ve Turan Məmmədli eşitmə məhdudiyyətli insanların sosiallaşması,cəmiyyətə inteqrasiya olunması baxımdan mühüm əhəmiyyət kəsb edən tədbirin kecirilməsində məqsədin həm də insanlarda inklüziv düşüncə tərzinin artmasına yardım göstərmek olduğunu vurğuladılar.

Tədbirin sonunda MyBrands magazalar şəbəkəsinin ve “Zalova” brendinin hədiyyələri məhdudiyyətli oxuculara təqdim olundu.

 

,
,

14 Mart, 2019  13:31 Baxılıb: 1557

Bu bölmədə