Kamil Zeynallı apellyasiya şikayəti verib
Həbsdə olan idmançı Kamil Zeynallı apellyasiya şikayəti verib. Bu barədə onun vəkili Aygül Rəfiyeva məlumat verib. Onun sözlərinə görə, Nərimanov Rayon Məhkəməsinin qərarından narazı qaldıqları üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edilib: "Biz hesab edirik ki, birinci instansiya məhkəməsi düzgün qərar çıxarmayıb. Müvəkkilimin azadlığa buraxılmasını istəyirik". Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq. Xatırladaq ki, qərara əsasən, K.Zeynallı Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ucadan təhqiredici sözlər işlədib. Bu zaman ərazidə olan Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıblar. K.Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur. Nərimanov Rayon Məhkəməsi ona 10 sutkalıq həbs verib.(report)
13 Mart, 2019 11:41 ⁄ Baxılıb: 1413
Bu bölmədə26 Aprel, 2024 Mahsun Kırmızıgül Bakıya gəlir22 Noyabr, 2022 Avroviziyada Türkiyə də səs verəcək21 Noyabr, 2022 Rəşad Dağlının ailəsindən müraciət21 Noyabr, 2022 Britni Spirs “Instagram” hesabını sildi1 Noyabr, 2021 Ləman: "Sənətimə qazanc mənbəyi kimi baxmıram..." |