Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənistanda daha bir əsgər ölüb

Ermənistan ordusunda daha bir ölüm hadisəsi baş verib.  “Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Ermənistanın cənub-şərq hissəsində yerləşən hərbi hissələrdən birində qulluq edən 2000-ci ildə anadan olmuş Hamlet Avaqyan ölüb. A.Ovannisyan bildirib ki, orduda feldşer kimi xidmət edən H.Avaqyan qeyri-döyüş şəraitində ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.

13 Mart, 2019  11:36 Baxılıb: 1091

Bu bölmədə