İtkin düşən "bomj"un meyiti çaydan tapıldı
Lənkəranda çaydan meyit tapılıb. Hadisə rayonun Veravul kəndində baş verib. Kənd sakini Şamo Hacıyev martın 11-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Ailə üzvlərinin axtarışları zamanı Ş.Hacıyevin meyiti martın 12-də kənd ərazisindəki qəbiristanlığın yaxınlığındakı çaydan tapılıb. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, meyitin üzərində xəsarət izləri aşkarlanmayıb. Ailə üzvləri bildirib ki, Ş.Hacıyev spirtli içki aludəsi imiş və tüfeyli həyat tərzi keçirirmiş. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.(trend)
13 Mart, 2019 11:24 ⁄ Baxılıb: 736
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |