Atəşkəs rejimi 22 dəfə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə Nazirliyindən Simsar.az - a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
13 Mart, 2019 10:44 ⁄ Baxılıb: 796
Bu bölmədə14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır19 Fevral, 2024 Prezident İlham Əliyev Türkiyədə səfərdədir12 Yanvar, 2024 Hikmət Mirzəyev nazir müavini təyin edildi11 Yanvar, 2024 Azərbaycanda prezidentliyə 7 namizəd var – İnfoqrafika20 Noyabr, 2023 Prezidentlərin təkbətək görüşü keçirilib |