Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident teatr və konsert müəssisələri işçilərinin maaşını artırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, ölkəmizdə teatr sənətinin daha da inkişaf etdirilməsi, teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin edilsin.

Mədəniyyət Nazirliyinə və Maliyyə Nazirliyinə tapşırılır ki, bu sərəncamın icrası ilə bağlı zəruri tədbirlər görsünlər.

Nazirlər Kabinetinə bu sərəncamda nəzərdə tutulmuş tədbirin maliyyələşdirilməsi məqsədilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həllini təmin etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

11 Mart, 2019  18:57 Baxılıb: 695

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası