İlham Əliyev Hindistanın yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanın etimadnaməsini qəbul edib. Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, səfir Bavitlunq Vanlalvavna fəxri qarovul dəstəsinin qarşısından keçdi. Bavitlunq Vanlalvavna etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi. Görüşdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Səfir Bavitlunq Vanlalvavna diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirdi. Prezident İlham Əliyev səfirə ölkəmizdə fəaliyyəti müddətində uğurlar arzuladı.(trend)
11 Mart, 2019 18:27 ⁄ Baxılıb: 809
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır |