Türkiyə Belçikaya nota verib
Türkiyə Belçikaya etiraz notası verib. Report “Hurriyet”ə istinadən xəbər verir ki, Belçikanın Türkiyədəki səfiri Mişel Malherbe Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Belçikada terrorçu PKK qruplaşması ilə əlaqəsi olan şəxslərə xəbərdarlıq edilməsinin qarşısının alınmasından Türkiyənin narahat olduğu çatdırılıb. Bildirilib ki, Türkiyə Belçikanın PKK ilə əlaqəsi olanlara xəbərdarlıq edilməməsi qərarından şikayət verəcək. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib ki, Belçika Prokurorluğu tərəfindən terrorçu PKK qruplaşması ilə əlaqəsi olan 36 hüquqi və fiziki şəxsə qarşı başlayan cinayət işinin qarşısını alan qərar qəbuledilməzdir.
11 Mart, 2019 18:23 ⁄ Baxılıb: 1123
Bu bölmədə18 Oktyabr, 2023 Türkiyədə üçgünlük matəm elan olunub6 Fevral, 2023 Türkiyədə deputat və ailəsi dağıntılar altında qalıb19 Dekabr, 2022 Türkiyə “qırmızı bülleten”lə axtarılan terrorçunu saxladı21 Noyabr, 2022 Türkiyədə meşə yanğını başlayıb |