Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda şagirdi vəhşicəsinə döyən müəllim işdən çıxarıldı

Bakıda şagirdi döyən müəllim işdən çıxarılıb. Simsar.az Unikal.org-a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu 30 nömrəli orta məktəbdə 11-ci sinif şagirdini vəhşicəsinə döyən hərbi hazırlıq müəllimi Mehman Mənsimov Bakı Şəhər Baş Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin əmri ilə işdən azad olunub.

Qeyd edək ki, 30 nömrəli məktəbin 11-ci sinif şagirdlərindən biri müəllimin bu hərəkətlərini telefonla çəkib. Videodan da göründüyü kimi müəllim uşağın ağzına, başına və bədəninin müxtəlif hissələrinə zərbələr endirir.

 

 

11 Mart, 2019  13:39 Baxılıb: 636

Bu bölmədə