Simsar.az | bizi özünüzə Simsar bilin
Məşhur aktyor Vladimir Etuş vəfat edib

SSRİ xalq artisti Vladimir Etuş 97 yaşında vəfat edib. Rusiya KİV-i xəbər verir ki, mərhumun vaxtilə çalışdığı Moskva şəhərindəki Vaxtanqov Teatrının direktoru Kiril Krok V.Etuşun ötən gün yerləşdirildiyi xəstəxanada dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki 30-dan çox filmdə, 60-dək teatr tamaşasında oynadığı rollarla yadda qalan Vladimir Etuş 44 dövlət mükafatına, o cümlədən “Vətən qarşısında xidmətlərə görə” ordeninə layiq görülüb.(report)

9 Mart, 2019  16:13 Baxılıb: 1175

Bu bölmədə