Əfv Məsələləri Komissiyası işini yekunlaşdırdı
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası əfvlə bağlı müraciətlərə baxılma prosesini artıq yenkunlaşdırıb. Ötən gün komissiyanın sonuncu iclası keçirilib. Hazırda məhkumların siyahısının hazırlanması ilə bağlı texniki işlər həyata keçirilr. Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdı. İclasların ardınca, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. (Trend)
7 Mart, 2019 18:01 ⁄ Baxılıb: 724
Bu bölmədə24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO |