Simsar.az | bizi özünüzə Simsar bilin
Əbülfəs Qarayevdən Afətin ifasına reaksiya

“Mən, ümumiyyətlə, yaradıcı prosesə həssaslıqla yanaşmanı tövsiyə edirəm. Xüsusilə nüfuzlu insanların mahnılarını belə tərzdə ifa etmələrinə qarşıyam”. Bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlini ifa etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, daxili nizam olmalıdır: “Elə əsərlər var ki, uğurlu və uğursuz olur, tənqidlərə məruz qalır. Buradan tövsiyə edirəm ki, Azərbaycanın böyük tarixi mirası var. Bunu müasir şəkildə, yeni formalarda təbliğ etməkdə nümunə olmalıdırlar.

Azərbaycanda senzura yoxdur. Lakin rəsmi məktub yaza bilərəm ki, bu cür nümunələri bir qədər yığışdırsınlar.(qafqazinfo)

5 Mart, 2019  16:35 Baxılıb: 1256

Bu bölmədə