Simsar.az | bizi özünüzə Simsar bilin
Əməkdar artist Vasif Talıbova təşəkkür etdi

"Film-klipimizin, yəni, “Kor Ərəbin mahnısı”nın Naxcıvanda çəkilən hissələri artıq başa çatdı. Buna, yəni, çəkiliş truppama göstərdikləri böyük diqqət və qaygıya görə, başda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri  Vasif müəllim Talibov olmaqla, bütün zəhməti keçən dəyərli insanlara öz adımdan böyük təşəkkürümü və minnətdarlığımı bildiririrəm".

Bunu Simsar.az -a açıqlamasında sevilən müğənni, Əməkdar artist Aybəniz Haşımova deyib.

“Eyni zamanda, dəyərli  Vasif müəllimi növbəti dogum günü münasibəti ilə ürəkdən təbrik edir,ona uzun ömür,can sağlığı arzu edirəm!”-deyə, Əməkdar artist sözlərinə əlavə edib.

Qeyd edək ki, 1960-cı ildə anadan olan V. Talıbovun dünən 59 yaşı tamam olub.

14 Yanvar, 2019  15:03 Baxılıb: 1489

Bu bölmədə