Aybəniz Haşımovadan yeni layihə
Əməkdar artist Aybəniz Haşımova yeni layiheye imza atıb. Bu barədə simsar.az -a danışan sənətkar bildirib ki, layihənin ideya müəllifi özüdür. "Tələbəm Həsənlə birlikdə dahi Hüseyn Cavidin sözlərinə yazılan "Kor ərəbin mahnısı"nın çəkilişlərinə çaşlamışıq. Böyük bir komanda ilə Cavid Əfəndinin həyatına qiyabi də olsa daxil olduq. Onun həyatını vərəqlədikcə anladım ki o böyük insan olubş. Həyatını əsl kişi kimi yaşadı. Söz xətrinə söz deməyib, yaltaq, dostunu satan, qatil, şərəfsiz olmayıb. Nə qədər ki, Azərbaycan var, o qədər də Cavid Əfəndi olacaq. Onu sevə-sevə oxuyan Həsən Əliyevlərin ruhunda, səsində yaşayacaq." A.Haşımova tələbəsi H.Əliyevin xoşbəxt olduğunu da bildirib. "Ona gğrə ki, o bu gün böyük Cavidin masasında əyləşib onun əşyalarına toxundu. Bir anlıq da olsa, Cavid dünyasına qərq oldu. Bu cür balalarımızın sənət yolu hər zaman işıqlı olsun." Sonda Aybəniz xanım bildirib ki, ekran işinin rejissoru Nadir mehdiyevdir. Əməkdar artist texniki işlərə görə CNF dəstəyə görə isə H.Cavidin ev muzeyinə təşəkkürünü bildirib.
10 Yanvar, 2019 12:13 ⁄ Baxılıb: 1409
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |