Simsar.az | bizi özünüzə Simsar bilin
Valideynlər üçün faydalı seminar keçiriləcək

Simsar.az xəbər verir ki, dekabrın 21-də Park Inn Hoteldə saat 14.00-da  “Umid var” xeyriyyə cəmiyyətinin təşkilatçılığı ilə uzman klinik psixoloq, uşaq və böyük psixoterapevti Sevinc İsmayılovanın psixoloji seminarı olacaq. Xeyriyyə məqsədi ilə kecirilən seminarın mövzusu “Ailə daxili münasibətlər və uşaqlarda davranış problemlərinin yaranma səbəbləri” dir.

Qeyd edək ki, Turkiyədə ingilis dilinde oxuyaraq, uzmanlıq səviyyəsinə yiyələnən Sevinc İsmayılova REBT terapiyasını Amerika Psixologiya Assosiasiyasının təsdiqlədiyi Albert Ellis İnstitundan ve  Kids Skill Filandiya Terapiyasını Helsinki Institutundan tehsilini alıb.

Valideyinlər üçün çox faydalı olacaq seminarda onlar uşaqlarında yaranan problem davranışların səbəblərini öyrənəcəklər, aqressivləşən, Histerik uşaqlar, manipulasiya etmək istəyən, vuran, dişləyən, sındıran, oğurluq, yalan danişan, dirnaq yemə, barmaq əmmə , cinsi stimulasiya, DEHB ( diqqer eksikliyi hiperaktiv pozuntu), qarşı gəlmə pozuntusu, psikopatik uşaqlarla necə baş edə biləcəklərinin yolları ilə tanış olacaqlar.

13 Dekabr, 2018  12:26 Baxılıb: 1820

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası