Simsar.az | bizi özünüzə Simsar bilin
Niyamın "Karusel"i təqdim olundu - VİDEO

Populyar mğənni  Niyam Salami “ Karusel” adlı mahnıya çəkilən ekran işini təqdim edib. simsar.az  xəbər verir ki, klipi izləyən jurnalistlər son zamanlarda gündəmi zəbt edən bayağı ifalar və mahnıları müzakirə edərək, ilk növbədə təqdim olunan mahnının peşəkar musiqi olduğunu bildiriblər. Dəbdəbəli həyat tərzindən uzaq görüntülərlə diqqət çəkən ekran işində rənglər, və seçilən məkanlar bəyənilib. Qeyd edək ki, "Karusel"in sözləri jurnalist Ülviyyə Alovluya , musiqisi isə Hacı Nazimə aiddir.

Alovlu təqdimata qatılmasa da Nazim jurnalistlərin suallarını cavablandırmaqla yanaşı Azərbaycan musiqisinin bu günki vəziyyəti ilə bağlı diskusiyaya qoşulub.

İrəlidə daha maraqlı işlərlə gündəmə gələcəyini bildirəın N.Salami sonda yaradıcı heyətə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

5 Dekabr, 2018  20:27 Baxılıb: 1806

Bu bölmədə