Simsar.az | bizi özünüzə Simsar bilin
İsa Qəmbərin hakimiyyətdən gözləntisi var

"...istəmirəm ehtimalım güclənsin"

“Düşünürəm ki, hakimiyyət Konstitusiyaya, qanunlara əməl edərək, İctimai Palatanın iyunun 19-da Nərimanov parkının qarşısındakı meydanda mitinq keçirməsinə şərait yaradacaq”. 

Bunu Lent.az-a açıqlamasında Müsavat başqanı, İctimai Palatanın Koordinasiya Şurasının üzvü İsa Qəmbər deyib. İsa Qəmbər deyib ki, indiki halda BŞİH-in yenə əvvəlki təcrübəsini təkrarlayaraq, tələb olunan yerdə mitinq keçirilməsinə şərait yaratmayacağı ehtimalını gücləndirmək istəmir. Bu baxımdan, Müsavat başqanı, Nərimanov parkının qarşısındakı meydanda mitinq keçirilməsinə şərait yaradılmayacağı halda, mitinqin şəhərin harasında keçiriləcəyi məsələsinə toxunmağı vacib hesab etmir.

3 İyun, 2011  22:33 Baxılıb: 1285

Bu bölmədə