Havada bulud olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti təşkil edəcək.Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.
15 Noyabr, 2018 14:24 ⁄ Baxılıb: 1224
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |