Simsar.az | bizi özünüzə Simsar bilin
Televiziya işçiləri mükafatlandırılıb

Noyabrin 6-sı Tv və radio günü münasibəti ilə Mətbuat firması ənənəyə sadiq qalaraq nnövbəti dəfə  Persona mükafatını kecirtdi. Romance Palacede kecirilən tədbirə ötən il tv və radio sahəsində uğur qazanmış teleradio işciləri dəvət olunmuşdu.  Tədbirin aparıcıları Sədaqət Rəşidqızı və Zabir Əliyev idi. Persona mükafatının baş sponsoru 25 illik yubleyini qeyd edən Soliton şirkəti, sponsor X lady, təşkilatı dəstəkcilər  Azərsun Holdinq,  Cepro estetik klinikası, Ogansiya məhsulları, İydə parfum, Orli və Azəri production idi. Tədbirdə 40 yaxın tv və radio işcilərinə  xüsusi diplom və müxtəlif hədiyyələr təltif olundu. Mükafat alanlar sırasında İlhamiyyə  Rzayeva(Xəzər TV) , Lalə Azərtaş, Mətanət Əliverdiyeva, Vüsalə Əlizadə, Aytən Səfərova, Zülfiyyə Hüseynova(Atv), Sayqa Cahid, Elgiz Əkbər(ARB), Kamran Həsənli, Günel Həsənzadə( Space TV), Anar Orucov( Space radio), Alidə Mustafayeva(İ TV),  Mətanət Firuddinqızı, Aygun  Qulamqızı( Lider Tv) ,  Elnarə Sadiqova(100.5 FM)Vüqar Əlisoy , Rəşad İlyasov ( Az TV) və başqaları da vardı.  Tv və radio işcilərindən başqa Persona mükafatına layiq görünənlər arasında tədbirin dəstəkciləri də vardı. Tədbirin təşkilatcısı Sədaqət Rəşidqızı tədbirə  dəstək olan  hər bir kəsə  öz təşəkkürünü bildirdi.

14 Noyabr, 2018  10:49 Baxılıb: 1806

Bu bölmədə