Zeynəb və Fərqanın "Könül dünyası"
Simsar. az xəbər verir ki, dünən Mahnı Teatrında görmə imkanları məhdud iki gəncin yaradıcılıq gecəsi keçirilib. Gecə millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB və Arzu Bağırovanın rəhbərlik etdiyi "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB -nin və Arzu Bağırovanın dəstəyi ilə baş tutub. Könül dünyaları, mənəvi dünyaları zəngin olan 2 istedadlı gənc - Zeynəb və Fərqanın "Könül dünyası" adlı yaradıcılıq gecəsinə bir çox tanınmış insanlar da qatılıb. Bəstəkar Vaqif Gərayzadənin xüsusi dəstəyi ilə keçirilən gecədə əməkdar artist Nuriyyə Hüseynova, müğənni Elnarə və jurnalistlər də iştirak edib. Gecədə Zeynəb öz şeirlərini Fərqan isə mahnılarını təqdim edib. Gecəyə qatılan tamaşaçılar səbəbkarların çağırışlarına dəstək veriblər.
13 Noyabr, 2018 14:14 ⁄ Baxılıb: 1600
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |