Simsar.az | bizi özünüzə Simsar bilin
Yağışlı hava şəraiti davam edəcək

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Simsar.az -a açıqlamasında bildirib ki, noyabr ayının 13-14-də ölkə ərazisində yağışlı hava şəraiti davam edəcək: "Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin noyabr ayının 13-də gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var".

Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisində havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir: "Şimal-şərq küləyinin üstünlüyü müşahidə olunacaq".

12 Noyabr, 2018  13:39 Baxılıb: 1272

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası