Azərbaycan musiqisi ABŞ - da
Azərbaycanlı pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin Balaban və Simfonik Orkestr üçün bəstələdiyi Konsertin Dünya Primyerası 4 Noyabr 2018 tarixində Amerikanın Kalifornia ştatının Monterey şəhərində gerçekləşəcək. Azərbaycan kökənli Amerikalı dirijor Fərhad Xudiyevin dirijorluğunda 50 musiqiçidən ibarət Monterey Simfonik Orkestri tərəfindən ifa ediləcək əsərin solistləri Balaban ifaçısı, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nicat Məsimov, Azərbaycanın Milli Zərb alətləri Nağara və Qoşanağarada Azərbaycan Xalq Artisti Natiq Şirinov, Pianoda isə əsərin müəllifi Abuzər Manafzadə olacaq. Abuzər Manafzadə 2013-cü ildə bəstələdiyi, 2018-ci ildə isə təkrar gözdən keçirərək tamamladığı, Balaban və Simfonik Orkestr üçün yazılmış ilk Konsert olan bu əsərini "Azərbaycan Respublikasının 100 illiyinə" ithaf etdiyini və musiqi tariximizdə bir ilkə imza atdığı üçün çox həyəcanlı olduğunu bildirib. Sənət həyatına pianoçu, bəstəkar və dirijor olaraq davam edən gənc musiqiçi, hal hazırda dünyanın ən məşhur musiqi təhsil ocaqlarından olan Vyana Musiqi və Səhnə Sənətləri Universitetində Dirijorluq təhsili alan ilk azərbaycanlı olmaqla yanaşı, eyni zamanda Linz şəhəri Anton Bruckner Universitetində isə Piano Magistratura təhsilinə davam etməkdədir.
3 Noyabr, 2018 20:22 ⁄ Baxılıb: 1647
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |