Yol tikintisinə 15,1 milyon manat ayırılıb
Prezident İlham Əliyev Qax rayonunun Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Simsar.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, dörd min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
16 Oktyabr, 2018 19:34 ⁄ Baxılıb: 1237
Bu bölmədə19 Aprel, 2023 Bakıda bütün köhnə binalar söküləcək6 Sentyabr, 2022 Ağsuda iki qadın itkin düşüb - Fotolar29 İyun, 2022 İlham Əliyev Türkmənistanda səfərdədir27 May, 2022 İlham Əliyev: “Heç kim gəlib bizə dərs oxumasın”12 Aprel, 2022 Şəhid Əlihüseynin anasına vəzifə verildi |