Milli Məclisin plenar iclası keçiriləcək - BU GÜN
Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək. Simsar.az.bildirir ki, iclasın gündəliyinə 54 məsələ daxildir. İclasda Azərbaycanla Serbiya arasında bir sıra sazişlər təsdiq ediləcək, o cümlədən Cinayət Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, Vergi Məcəlləsinə, Gömrük Məcəlləsinə, Mülki Məcəlləyə, Mülki Prosessual Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, "Təhsil haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" və digər qanunlara dəyişikliklər müzakirəyə çıxarılacaq. İclasda yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi də müzakirə olunacaq. Qeyd edək ki, parlamentin bu ay daha iki plenar iclası keçiriləcək.
12 Oktyabr, 2018 12:02 ⁄ Baxılıb: 1393
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır19 Fevral, 2024 Prezident İlham Əliyev Türkiyədə səfərdədir |