Bakıda "bomj" piyada keçidində yıxılıb öldü
Bakıda tüfeyli həyat tərzi keçirən şəxs küçədə dünyasını dəyişib. Hadisə paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində, "Kubik" rəssamlıq kursunun qarşısındakı piyada keçidində baş verib. Həmin vaxt piyada yolu ilə hərəkət edən Gennadi adlı tüfeyli həyat tərzi keçirən şəxs yolda huşunu itirərək yıxılıb. Ətrafdakı şəxslər dərhal ona yardım edərək hadisə barədə Təcili Tibbi Yardım briqadasına məlumat versələr də, həkim briqadası hadisə yerinə çatana qədər o dünyasını dəyişib. Meyit müayinə üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib. Müayinə zamanı meyitdə heç bir xəsarət izi aşkar edilməyib. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
10 Oktyabr, 2018 12:06 ⁄ Baxılıb: 1267
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |